Azəröaycanın ən byöük özəl bankı olan «PAŞA Bank» işçilərinə ödənişləri və inzibati xərcləri kəskin artırıb.
FED.az xəbər verir ki, 2020-ci ilin birinci rübündə bankın işçiləri ödənişləri 15 milyon 093 min manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə (9 milyon 374 min manat idi) müqayisədə 61% artıqdır.
Bu il bankın inzibati xərcəri də yüksəlib. Birinci rubdə «PAŞA Bank»ın inzibati xərcləri 9 milyon 487 min manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə (4 milyon 259 min manat idi) müqayisədə 2,22 dəfə artıqdır.
Qeyd edək ki, birinci rübdə bankın qeyri-faiz xərcləri ümumilikdə 2,5 dəfə artaraq 15,8 milyon manatdan 40,3 milyon manata yüksəlib.
Bu artım, eləcə də ehtiyat ayırmalarının kəskin yüksəlməsi nəticəsində bankın xalims mənfəəti 10 dəfədən çox azalaraq 35,7 milyon manatdan 3,48 milyon manata enib (ƏTRAFLI HESABAT).