«Azər-Türk bank» müştərilərə təklif etdiyi “Klassik əmanət” üzrə faiz dərəcələrini artırıb.
Manat və dollar əmanəti hansı bankda – DAHA SƏRFƏLİDİR? – BANKLAR, ŞƏRTLƏR, SİYAHI
FED.az xəbər verir ki, ötən ay ilə müqayisədə faizlərdə xeyli artım gözə çarpır.
Bankın əvvəlki ayda açıqladığı “Klassik əmanət” məhsulunda manatda faizlər (aylıq ödənildikdə) 1 illik əmanətlər üçün 5%, 2 illik üçün 6% və 3 illik üçün 8% təşkil edirdisə, dekabrda bu rəqəmlər müvafiq olaraq 1 illik 8%, 2 illik 9% və 3 illik 10% müəyyən olunub.
Faizlərin müddətin sonunda hesablanması varinatında da əmanətlər üzrə gəlirlilik artıb belə ki, 1 illik əmanətlərdə faizlər 5,5%-dən 9%-ə, 2 illikdə 6,5%-dən 10%-ə və 3 illikdə isə 9%-dən 11%-ə qalxıb.
Qeyd edək ki, xarici valyutada faizlərdə heç bir dəyişiklik yoxdur. USD valyutasında əmanət yerləşdirmək istəyən şəxslər 1 illik müddətdə faizlərin müddətin sonu hesablanması şərti ilə 0,1% göstəricisi ilə əmanət yerləşdirə bilərlər.
Yüksək faizlərlə əmanət etmək istəyənlərin nəzərinə çatdıraq ki, bu göstəricilər 11 dekabr tarixində bankın başlatdığı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən kampaniya daxilində 15 yanvar 2024-cü il tarixinədək davam edəcəkdir. Hər bir əmanətçiyə bank tərəfindən atb card hədiyyə ediləcək. Bankın başqa bit təklifi isə kreditlə bağlıdır hansı ki, əmanət sahibləri, əmanət məbləğinin 90%-i həcminədək kredit xətti əldə edə biləcəklər.