“Əməliyyatların şəffaflığı, güclü kapital bazası və hörmətli səhmdarlar qrupu sayəsində “AccessBank” artıq uzun müddətdir ki, güclü kredit təşkilatıdır.
Eləcə də bax: "Azərbaycanın bank sektoru güclənsə də, problemlər qalır" - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bank xüsusilə dövlət prioritetləri baxımından yaxşı maliyyə vəziyyətinə malikdir. Bankın fəaliyyətinin əsas istiqaməti bölgələr üzrə mikrokreditlərdir ki, bu da ona gəlir bazasını qoruyan, kifayət qədər şaxələndirilmiş kredit portfelini yaratmağa imkan verir. Ölkənin dayanıqlı iqtisadi artımını bərpa etmək üçün biznes kreditləşməsi bank üçün vacibdir.”
Bunu Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə meneceri Nəriman Manapbekov “APA-Economics”ə müsahibəsində bildirib. O həmçinin vurğulayıb ki, AİB “AccessBank”ın yenidən kapitallaşdırma planının icrasından bəri əldə etdiyi inkişafdan və 2020-ci ilin I rübünü xalis mənfəətlə başa vurmasından məmnundur.
Cənab Manapbekov həmçinin bildirib ki, yenidən kapitallaşdırma planı bankın 2020-ci ildə kapital pozuntusuna səbəb ola biləcək mənfi şoklarla qarşılaşdığı təqdirdə, şərti kapitalı rezervləşdirməyi nəzərdə tutur. AİB “AccessBank”ın şərti kapitalını təmin edir və beləliklə, zərurət olduqda səhmlər blokunu artırmağa hazırdır.
Müsahibənin tam mətni ilə tanış olmaq üçün linkə daxil olun: https://bit.ly/2BqudVI