Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 20-də depozit hərracı keçirəcək.
FED.az xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank iyulun 20-də keçirəcəyi depozit hərracında 14 gün müddətinə 100 milyon manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 6,51%-6,99% təşkil edir.
AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.