Xəbər verildiyi kimi, «Moody's Investors Service» («Moody's») Azərbaycanın 5 bankının kredit reytinqini təsdiqləyib.
Eləcə də bax: «Bank of Baku»nun vəziyyəti məlum oldu – MƏNFƏƏTİ İKİQAT ARTIB - HESABAT
FED.az-ın məlumatına görə, agentliyin «Bank of Baku» ilə bağlı açıqlamasında bildirilir ki, bankın kredit qabiliyyəti reytinqinin artırılaraq b2-dən b3 səviyyəsinə qaldırılması bankın aktivlərinin keyfiyyətinin artmasını və sanballı kapital ehtiyatlarının olmasını əks etdirir.
Bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqinin B2 həddinədək artırılması da «Bank of Baku»nun kredit qabiliyyətinin yaxşılaşmasını göstərir.
Agentlik xüsusi qeyd edir ki, bankın depozit reytinqinə dövlət dəstək vermir, ona görə də depozit reytinqi bankın reytinqi ilə bir sıradadır - b2.
«Moodys» qeyd edir ki, «Bank of Baku»nun problemli kreditlərinin payı 2020-ci ilin sonundakı 8,1%-dən 2021-ci ilin sonuna 3,3%-ə enib.
Bank daha çox təminatı olmayan istehlak kreditlərinə fokuslanıb və buna görə də reytinq agentliyi bankın kreditlərinin keyfiyyəti məhdud həddə yaxşılaşacağını gözləyir. Baxmayaraq ki, Azərbaycanın iqtisadi göstəriciləri artmaqdadır.
Amma başqa bir müsbət məqam odur ki, «Bank of Baku»nun kredit portfeli daha çox yerli valyutadadır. Bu da bankı məzənnə dəyişikliyinin mənfi təsirlərindən sığortalayır.
Bundan başqa, bank sanballı kapitala malikdir və kapitalın aktivlərə nisbəti 22,6% təşkil edir.
Reytinq agentliyi gözləyir ki, kapital ehtiyatlarının yaxşı olması kredit qabiliyyəti baxımından «təhlükəsizlik yastığı» yaradır.
O ki qaldı maliyyələşməyə, agentlik, kreditlərin depozitlərə olan yüksək nisbətini, hansı ki, 2021-ci ilin sonuna 156% təşkil edib, neqativ faktor sayır.
Agentlik qeyd edir ki, bankın bazar vəsaitlərindən asılılığı, hansı ki, bankın bütün aktivlərinin 22%-ni təşkil edir, digər banklar arasında ən yüksəkdir.
Açıqlamada bildirilir ki, bazar maliyyələşməsi (yəni depozitlər hesabına kreditləşmə) çox həssaslıq yaradır və bahalıdır. Amma o da vacibdir ki, bankın depozit bazası ənənəvi olaraq çox sabitdir. Bundan baqşqa, bankdakı likvid aktivlər qənaətedici səviyyədədir – 2021-ci ilin sonuna 22% təşkil edir.