Azərbaycanın aparıcı banklarından olan «Bank of Baku» 2022-ci ilin 2-ci rübünü mənfəətlə başa vurub.
"Bank of Baku" işçi axtarır - VAKANSİYA
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin ilk yarım ilində bankın faiz gəlirləri 15 milyon manat və ya 505 artaqraq 45 milyon manata yüksəlib. Faiz gəlirini artımı demək olar bütünlüklə krelit portfelindən gələn faiz gəlirlərinin hesabına təmin edilib – 28 milyondan 43 milyon manata yüksəlib.
Bu dövrdə bankın faiz xərcləri də 3,2 milyon manat və ya 50%-dən çox artaraq 9,2 milyon manata yüksəlib. İlk yarım ilodə «Bank of Baku»nun bankdakı depozit sahiblərinə ödədiyi faiz ödənişləri 2,6 milyon manat və ya 46% artaraq 8,3 milyon manata yüksəlib.
Nəticədə ilk yarım ilin yekununda bankın xalis faiz gəliri 12 milyon manata yaxın və ya 48% artaraq 35,8 milyon manata yüksəlib.
Bankın qeyri-faiz gəlirləri isə 6,1 milyon manata yaxınlaşıb. Bunun 5,7 milyon manatı haqq və komissiya gəlirləridir.
2-ci rübün yekunu olaraq «Bank of Baku»nun qeyri-faiz xərcləri 5,2 milyon manat artaraq 25 milyon manatı keçib. Bankda əmək haqları xərci 3 milyon manat və ya 30% artıb.
Nəticədə bank ilk yarım ili 16,7 milyon manat əməliyyat mənfəəti ilə başa vurub. Eyni zamanda indiyədək mümkün zərərlər üçün ayrılmış ehtiyatlardan 5,7 milyon manat geri çəkilib. Beləliklə, bankın vergidən əvvəolki mənfəəti 22,4 milyon manat, 3,9 milyon manat vergi ödənişindən sonra isə xalis mənfəət 18,5 milyon manat olub.
Bu – ötən ilki göstəricidən – təqribən 2 dəfə artıqdır – «Bank of Baku» 2021-ci ilin ilk yarısını 9,3 milyon manat mənfəətlə tamamlamışdı.
Bu dövrdə bankın aktivləri 83 milyon manat və ya 16,7% artaraq 580 milyon manata çatıb. Müştərilərə evrilən xalis kreditlər 70 milyon manat və ya 20% artaqaq 344 milyon manatdan 414 milyon manata yüksəlib.
İlk yarım ildə «Bank of Baku»nun kredit portfeli istehlak, biznes, daşınmaz əmlak və digər kreditlərdən ibarət olub.
Bu dövrdə bankın biznes kreditləri portfeli 18 milyon manat və ya 15% artaraq 138 milyon manata, istehlak kreditləri isə 50 milyon manat və ya 18% artaraq 325 milyon manata yüksəlib. Bankda daşınmaz əmlak kreditləri 3,5 milyon manat və ya 20% artaraq 21,4 milyon manata üksəlib. Nəhayət, «Bank of Baku» bu ildən digər növ kreditlər verməyə də başlayıb.
Kredit portfelini təqribən 70 milyon manat artırmaq üçün «Bank of Baku» nağd vəsaitlərini azaldıb - (86 milyon manatdan 75 milyon manata), eləcə də qiymətli kağızlara yatırımları 12 milyon manat aşağı salıb – 38 milyon manatdan 26 milyon manata enib.
Bu il «Bank of Baku» başqa banklarda depozit yerləşdirməyə başlayıb – hələlik 34 milyon manat.
Bankın öhdəlikləri 70 milyon manat artaraq 476 milyon manata, kapitalı isə 9 milyon manat artaraq 104 milyon manata yaxınlaşıb. İlk yarım ildə fiziki şəxslərin «Bank of Baku»da depozitləri 10% artaraq 221 milyon manatdan 243 milyon manata yüksəlib.