Azərbaycanın aparıcı banklarından olan «AG Bank» 2020-ci ilin ilk rübü üzrə nəticələrini açılayıb.
FED.az xəbər verir ki, birinci rübdə bank böyüyüb, «AG Bankın» kredit və depozit portfelləri artıb, xüsusilə də biznes kreditlərində ciddi artım baş verib.
Hesabata əsasən, 1-ci rübdə bankın faiz gəlirləri 2 milyon 884,3 min manat, faiz xərcləri 3 milyon 361 min manat olub. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 5 milyon 646 min manat, qeyri-faiz xərcləri isə 6 milyon 794 min manat təşkil edib.
Nəticədə 2020-ci ilin birinci rübündə bankın əməliyyat zərəri 1 milyon 625 min manat olub. Mümkün zərərlər üzrə yaradılan məqsədli ehtiyatlardan 616 min manatı geri qaytarıldıqdan sonra bankın xalis zərəri 1 milyon 9 min manat təşkil edib.
Eləcə də bax: «Turan Bank»ın vəziyyəti məlum oldu – BANK HESABATI
Xatırladaq ki, «AG Bank» ötən ilin birinci rübünü 531,4 min manat zərərlə başa vurmuşdu.
2020-ci iin birinci rübündə «AG Bank»ın cəmi aktivləri 459 milyon 16 min manat olub. Bu 2019-cu ilin sonu ilə müqayisədə 4 milyon 486 min manat və ya 1% artıqdır.
Bankın öhdəliklərində də artım müşahidə edilib, belə ki, bankın 2020-ci ilin 1-ci rübünə olan cəmi öhdəlikləri 410 milyon 14 min manat olub. Bu göstərici ötən ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 456 min manat və ya 1,3% artıb.
Bankın cəmi kapitalında azalma müşahidə edilib. Belə ki, bankın cəmi kapitalı 970 min manat və ya 2% azalaraq 49 milyon 2 min manat olub.
2020-ci ilin 1-ci rübünün sonuna «AG Bank»ın kredit portfeli 240 milyon 932 min manat təşkil edib ki, bu da 2019-cu ilin sonu ilə müqayisədə 17 milyon 934 min manat və ya 8% artıb.
Ehtiyatlar üçün ayırmaları çıxandan sonra müştərilərə verilən xalis kreditlərin həcmi 210 milyon 379,4 min manat olub, bu da ilin əvvəli ilə müqayisədə 9,7% artıqdır.
Bu dövrdə bankın istehlak və ipoteka kreditləri bir qədər azalsa da, biznes kreditlərində kəskin artım olub – 19 milyon manat və ya 14,7%. ı
Bankın depozit portfelində də artım olub. Bu ilin 1-ci rübündə bankın depozit portfeli 209 milyon 355 min manat olub. Bu göstərici ötən illə müqayisədə 1 milyon 189 min və ya 0,5% artıb. Artım həm fiziki şəxslərin əmanətlərində, həm də hüquqi şəxslərin depozitlərində əksini tapıb.