«Turan Bank»ın 2020-ci ilin 1-ci rübünü necə başa vurduğu məlum olub.
Eləcə də bax: «Naxçıvanbank»ın da vəziyyəti məlum oldu – HESABAT
FED.az xəbər verir ki, rüb ərzində bankın faiz gəlirləri 9 milyon 329 min manat, faiz xərcləri 5 milyon 716 min manat, xalis faiz gəliri 3 milyon 613 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 922 min manat, qeyri-faiz xərcləri isə 3 milyon 941 min manat olub.
Nəticədə Bank rübü 593 min manat əməliyyat mənfəəti ilə başa vurub. 51 min manatlıq mənfəət vergisi ödənişini də nəzərə alanda, bank rübü 645 min manat xalis mənfəətlə başa vurub.
Qeyd edək ki, «Turan Bank» ötən ilin 1-ci rübünü 109 min mənfəətlə başa vurmuşdu.
Bu dövrdə bankın cəmi aktivləri 2,8% artaraq 514 milyon manata çatıb. cəmi kapitalı 27,4% artaraq 75,4 milyon manat təşkil edib. Bankın öhdəlikləri isə 0,5% azalaraq 438,6 milyon manat olub.
Birinci rübdə bankın kredit portfeli 25 milyon manat və ya 8% artaraq 339 milyon 735 min manat olub.
Birinci rübdə «Turan Bank»ın derpozitlərinin məbləği ilin əvvəli ilə müqayisədə 20 milyon manat və ya 8,5% artaraq 255 milyon 791 min manat olub.