“AFB Bank” ASC 2025-ci ilin ilk 9 ayının yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, bankın faiz gəlirləri 17,2 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 274,6 min manat (1,6%) artımdır.
Bu artımın əsas səbəbi, müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlir olub. Bu maddə 15 milyon manata bərabər olub ki, bu da illik 1,8 milyon manat (13,7%) artım deməkdir.
Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 1,0 milyon manat təşkil edib.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə 778,4 min manata bərabər olub
Hesabat dövründə faiz xərcləri 5,5 milyon manat təşkil edib. Bu da illik müqayisədə 1,2 milyon manat (28,4%) artımdır.
Depozitlər üzrə faiz xərcləri 637,6 min manat (23,7%) artaraq 3,3 milyon manata yüksəlib.
Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər isə 2,2 milyon manat təşkil edib ki, bu da illik 643,3 min manat (41,8%) artımdır.
Nəticədə Bankın xalis faiz gəlirləri 11,7 milyon manata bərabər olub.
Bankın qeyri-faiz gəlirləri son bir il ərzində 313,2 min manat (4,8%) artaraq 6,9 milyon manata yüksəlib
Alınan haqq və komissiya gəliri 5,4 milyon manat olub. Bu, illik 232,1 min manat (4,5%) çoxdur.
Qiymətli kağızların satışından gəlir 76,4 min manat və ya 17,4 dəfə artaraq 81,1 min manata çatıb.
Digər gəlirlər 299,3 min manat təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 24,7 min manat başqa sözlə 9% artıma bərabərdir.
Xarici valyutadan gəlirlər isə 1,1 milyon manat olub.
Bankın qeyri-faiz xərcləri 17,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 milyon manat (15,6%) artımdır.
Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 1,9 milyon manat (32,6%) artaraq 7,6 milyon manata çatıb
Ümumi və inzibati xərclər 4,2 milyon manat olub. Bu da illik 260,7 min manat (6,6%) artıma bərabərdir.
Amortizasiya xərcləri 1,5 milyon manata bərabər olub, il ərzində 59,5 min manat (4,2%) artım baş verib.
Digər xərclər isə 168 min manat (4,1%) artımla 4,3 milyon manata çatıb.
Bankın əməliyyat mənfəəti 1,5 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, dəyişməyib.
Hesabatın digər vacib dəyişikliyi isə kredit itkiləri üçün ehtiyat ayırmalarında baş verib. Bank bu məqsədlə 1,2 milyon manat vəsait ayırıb.
Ümumilikdə "AFB Bank"ın mənfəət vergisindən əvvəlki mənfəəti 2,3 milyon manat olub. Bu da illik 136,1 min manat (6,4%) artımdır.
Bütün bunların yekununda "AFB Bank" 2025-ci ilin 9 ayını 2,3 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünün nəticəsindən 136,1 min manat və ya 6,4% çoxdur.
"AFB Bank"ın cəmi aktivləri bu dövrdə 320,5 milyon manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 25,3 milyon manat (8,6%) artımdır.
Müştərilərə verilmiş xalis kreditlərin 219,0 milyon manata bərabər olub, nəticədə, ötən ilin sonu ilə müqayisədə 47,9 milyon manat (28%) artım baş verib.
Ümumi kredit portfeli 232,2 milyon manata bərabər olub. Ötən ilin sonuna nəzərən cəmi kredit portfeli 49,1 milyon manat (26,8%) böyüyüb.
Bundan, biznes kreditlərinin 33,7 milyon manat (37,4%) artaraq 123,7 milyon manata, istehlak kreditləri isə 17,8 milyon manat (81,8%) artaraq 39,6 milyon manata çatıb.
Daşınmaz əmlak kreditləri isə 68,9 milyon manat təşkil edib.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar isə 13,2 milyon manat olub.
Nağd pul vəsaitləri 34,4 milyon manat olub. Bu, ilin əvvəli ilə müqayisədə 690,7 min manat (2,0%) artımdır.
Bankın ticarət və investisiya qiymətli kağızları 7,1 milyon manata bərabər olub
Banklar və digər maliyyə institutlarındakı depozitlər 14,1 milyon manat təşkil edib.
Əmlak və avadanlıqlar 28,8 milyon manat, qeyri-maddi aktivlər 2,6 milyon manat, digər aktivlər isə 14,5 milyon manat olub.
Cəmi öhdəliklər 245,1 milyon manata yüksəlib. Bu da ilin əvvəli ilə müqayisədə 27,2 milyon manat (12,5%) artımdır.
Bundan kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 96,6 milyon manata bərabər olub ki, bu da ötən ilin sonuna nəzərən 20,5 milyon manat (26,9%) artım deməkdir.
Depozitlər 6,8 milyon manat (5,1%) artımla 139,8 milyon manata çatıb.
Fiziki şəxslərin depozitləri 72,7 milyon manat təşkil edərək 12,6 milyon manat (20,9%) artıb.
Hüquqi şəxslərin depozitləri isə 67,1 milyon manata bərabər olub.
Digər öhdəliklər 7 milyon manat təşkil edib.
Cəmi kapital 75,3 milyon manata bərabər olub.
Səhmdar kapitalı 70,4 milyon manat səviyyəsində dəyişməz qalıb.
Bölüşdürülmüş mənfəət 2,5 milyon manata bərabər olub.
Ümumi ehtiyatlar isə 2,4 milyon manata çatıb.