"AFB Bank" ASC-nin faiz gəlirləri 26,1 milyon manata çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 milyon manat və ya 16,1% artım deməkdir.
FED.az biznes və maliyyə xəbərləri portalı maliyyə hesabatlarına istinadən xəbər verir.
Faiz gəlirlərinin artımında əsas rolu müştərilərə verilən kreditlər oynayıb. Müştərilərə verilmiş kreditlərdən əldə edilən faiz gəlirləri bir ildə 5 milyon manat (28,1%) artaraq 22,8 milyon manata yüksəlib. Bu maddə ümumi faiz gəlirlərinin 87%-dən çoxunu təşkil edir.
Digər banklardakı depozitlərdən əldə edilən faiz gəlirləri 1,8 milyon manata bərabər olub.
Ticarət və investisiya qiymətli kağızlarından əldə edilən gəlirlər 832 min manat təşkil edib.
"AFB Bank" ASC-nin faiz xərcləri 9,2 milyon manata çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5 milyon manat və ya 61,8% artım deməkdir.
Faiz xərclərinin artımında əsas rolu depozitlərə və cəlb edilmiş kreditlərə ödənilən faizlər oynayıb. Depozitlərə görə faiz ödənişləri bir ildə 1,6 milyon manat (46,2%) artaraq 5,1 milyon manata yüksəlib. Bu maddə ümumi faiz xərclərinin 55%-dən çoxunu təşkil edir.
Ən kəskin artım isə cəlb edilmiş kreditlərə görə ödənilən faizlər üzrə qeydə alınıb. Bu xərclər bir ildə 1,9 milyon manat (87,8%) artaraq 4 milyon manata çatıb.
Xərclərin artmasına baxmayaraq, faiz gəlirlərinin də yüksəlməsi fonunda xalis faiz gəliri demək olar ki, dəyişməyərək 16,9 milyon manat səviyyəsində qalıb.
"AFB Bank" ASC-nin qeyri-faiz gəlirləri 9,8 milyon manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 671 min manat və ya 7,3% artım deməkdir.
Qeyri-faiz gəlirlərinin artımında əsas rolu komissiya gəlirləri oynayıb. Alınan haqq və komissiya gəlirləri bir ildə 494 min manat (6,8%) artaraq 7,8 milyon manata yüksəlib. Bu maddə ümumi qeyri-faiz gəlirlərinin 79%-ni təşkil edir.
Bankın qiymətli kağızlar əməliyyatları da müsbətə çıxıb. Əgər əvvəlki il bu əməliyyatlardan təxminən 79 min manat zərər qeydə alınmışdısa, cari ildə 95 min manat gəlir əldə edilib.
Xarici valyuta əməliyyatlarından xalis gəliri 1,6 milyon manata bərabər olub.
Hesabat dövründə "AFB Bank" ASC-nin qeyri-faiz xərcləri 25,8 milyon manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 milyon manat və ya 24,3% artım deməkdir.
Qeyri-faiz xərclərinin artımında əsas rolu əmək haqqı xərcləri oynayıb. Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 12,2 milyon manata bərabər olub. Bu bir il ərzində bir ildə 4,4 milyon manat (57,5%) artıma bərabərdir.
Bu maddə ümumi qeyri-faiz xərclərinin 47%-ni təşkil edir.
Bankın ümumi və inzibati xərcləri bir ildə 404 min manat (7,3%) artaraq 5,9 milyon manata, amortizasiya xərcləri isə 115 min manat (6,2%) artaraq 2 milyon manata çatıb.
Mənfəətə müsbət təsir edən amil isə bankın mümkün zərərlər üçün yaratdığı məqsədli ehtiyatların geri qaytarılması olub. Əgər əvvəlki il bu ehtiyatlara 148 min manat ayrılmışdısa, cari dövrdə əksinə, həmin ehtiyatlardan 4,5 milyon manatlıq bərpa qeydə alınıb.
Vergilər ödənilənədək mənfəət bir ildə 437 min manat (8,6%) artaraq 5,5 milyon manata yüksəlib.
Bundan başqa bankın ödədiyi vergi məbləğinin kəskin artması oynayıb. Əgər əvvəlki ilin eyni dövründə bank 493 min manat mənfəət vergisi ödəmişdisə, cari ildə bu məbləğ 1,3 milyon manat təşkil edib. Bu isə 758 min manat və ya 2,5 dəfə artım deməkdir.
Yekunda "AFB Bank" 2025-ci ili 4,3 milyon manat xalis mənfəətlə başa vurub.
MƏLUMAT YENİLƏNİR...











