Azərbaycanın bank sektorunda yüksək vəzifəyə transfer baş tutub.
Azərbaycanın bank sektorunda yüksək vəzifəyə transfer baş tutub. FED.az xəbər verir ki, "AccessBank"in icraçı direktoru Günay Cəlilova bundan sonra "Yelo bank"da çalışacaq.
Eləcə də bax: “Kapital Bank”a 9 aydı gəlmişdi, yenidən - “MUĞANBANK”A QAYIDIR
Günay Cəlilova "Accessbank"da iş fəaliyyətinə 2006-cı ilin aprel ayında müştəri xidmətləri üzrə mütəxəssis kimi başlayıb. Həmin dövrdən müxtəlif vəzifələrdə işlədikdən sonra 2008-ci ilin aprel ayında filial rəhbəri vəzifəsinə yüksəlib.
2016-cı ilin aprel ayında Marketinq və Satış Departamentinin, 2017-ci ilin may ayında isə Korporativ Məhsulların Satışı Departamentinin direktoru vəzifəsinə təyin olunub.
2019-cu ilin aprel ayından etibarən Korporativ Bankçılıq və Marketinq üzrə İcraçı Direktoru olub. Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə" fakültəsini bitirən Günay Cəlilova ardınca həmin ali təhsil ocağında "Maliyyə və kredit" ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Bundan başqa, icraçı direktor İngiltərənin "Warwick" biznes məktəbini "Executive MBA" istiqaməti üzrə bitirib.