FED.az Banker.az-a istinadən xəbər verir ki, 2019-cu ilin martında “Muğanbank” ASC-dən “Kapital Bank” ASC-nin Filial Şəbəkəsinin İdarəedilməsi Departamentində yeni direktor müavini kimi gedən Elnur Abbasov yenidən əvvəlki iş yerinə qayıdıb.
Eləcə də bax: Beynəlxalq Bank-da daha bir - TƏYİNAT - FOTO
E.Abbasov “Muğanbank”dan gedərkən Pərakəndə bankçılıq və beynəlxalq maliyyə instutları ilə iş departamentində menecer vəzifəsində çalışırdı.
O, 9 aydan sonra Baş direktor kimi “Muğanbank”a qayıdıb.
Eləcə də bax: "Rabitəbank" rəhbərliyində - YENİ TƏYİNAT
E.Abbasov 2002-ci ildən adıçəkilən kommersiya bankında çalışır.
Həmçinin, 2012-2014-cü illərdə Azərbaycan Mikro-Maliyyə Assosiasiyasında İdarə Heyəti üzvi olub.