“Accessbank” bir neçə müddət əvvəl Avrozonnanın vahid valyutası avro (EUR) ilə əmanət qəbulunun dayandırmasına baxmayaraq cari oktyabrın 14-dən yenidən bərpa edəcək.
FED.az xəbər verir ki, bu barədə kommersiya bankından Banker.az-ın müxbirinə bildiriblər.
Eləcə də bax: “AccessBank” şənbə günü də işləyəcək - QRAFİK
Hazırkı durumda bu bankın müddətli əmanətlərində mümkün olmaqla illik faiz dərəcəsi 0,01% təşkil edəcək.
“14.10.2019-cu il tarixdən etibarən avro valyutasında olan mövcud əmanətlər üzrə faiz dərəcəsi əmanətin prolonqasiya olunması zamanı 0.01 % dərəcəsinə endiriləcək”- deyə bildirilir.
Xatırladaq ki, bu ilin iyun ayında “Accessbank” QSC avro ilə bütün əmanət məhsulundakı yığımı dayandırmışdı.