2024-cü ilin sonuna ABB-nin faiz gəlirləri 914,2 milyon manat olub.
FED.az bu barədə bankın faiz gəlirlərinə istinadən xəbər verir.
Məlumata görə faiz gəlirlərinin də böyük hissəsini, yəni 664,4 milyon manatını kreditlərdən əldə edilən faiz gəlirləri olub. Ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 140,6 milyon manat təşkil edib.
Əvvəlki illə müqayisədə ümumi gəlirlər 134,3 milyon manat və ya 17%, kreditlərdən əldə olunan gəlirlər 192,6 milyon manat və ya 41%, ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 18,7 milyon manat (15%) artıb.
Bankın faiz xərcləri isə 249,5 milyon manat olub ki, bu da son bir ildə 114,6 milyon manat və ya 85% çoxdur. Faiz xərcinin 179,6 milyon manatını depozitlər üzrə faiz xərcləri təşkil edib ki, bu da illik müqayisədə 81,3 milyon manat, başqa sözlə 83% artıqdır.
Beləliklə, Beynəlxalq Bankın xalis faiz gəlirləri təxminən 660 milyon manat təşkil edib. Bu da illik müqayisə ilə 22,4 milyon manat (4%) artım deməkdir.