2025-ci ilin I rübünə ABB-nin faiz gəlirləri 257,7 milyon manat olub.
FED.az bu barədə bankın faiz gəlirlərinə istinadən xəbər verir.
Məlumata görə faiz gəlirlərinin də böyük hissəsini, yəni 191,4 milyon manatını kreditlərdən əldə edilən faiz gəlirləri olub. Ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 45,5 milyon manat təşkil edib.
Digər faiz gəlirləri 5,3 dəfə (10,8 milyon manat) artaraq 13,3 milyon manatı ötüb.
Əvvəlki illə müqayisədə ümumi gəlirlər 48,1 milyon manat və ya 23%, kreditlərdən əldə olunan gəlirlər 44,7 milyon manat və ya 30%, ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 15,4 milyon manat (51%) artıb.
Bankın faiz xərcləri isə 83,4 milyon manat olub ki, bu da son bir ildə 40,2 milyon manat və ya 93% çoxdur. Faiz xərcinin 67 milyon manatını depozitlər üzrə faiz xərcləri təşkil edib ki, bu da illik müqayisədə 34,7 milyon manat, başqa sözlə 2 dəfəartıqdır.
Beləliklə, Beynəlxalq Bankın xalis faiz gəlirləri təxminən 170,3 milyon manat təşkil edib. Bu da illik müqayisə ilə 6,6 milyon manat (4%) artım deməkdir.