2024-cü ilin sonunda ABB-nin faiz gəlirləri 914,2 milyon manat olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Faiz gəlirlərinin də böyük hissəsini, yəni 664,4 milyon manatını kreditlərdən əldə edilən faiz gəlirləri olub. Ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 140,6 milyon manat təşkil edib.
Əvvəlki illə müqayisədə ümumi gəlirlər 134,3 milyon manat və ya 17%, kreditlərdən əldə olunan gəlirlər 192,6 milyon manat və ya 41%, ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 18,7 milyon manat (15%) artıb.