Bütün müştəri seqmentlərinin universal bankı olan ABB gənc müştəriləri üçün də qazandıran imkan yaradıb.
FED.az xəbər verir ki, bank “FaydaMania” loyallıq proqramını gənclərin istifadəsinə verib.
ABB mobile tətbiqinin 18-29 yaş aralığında olan istifadəçiləri tətbiqdə “FaydaMania” funksionallığını aktivləşdirərək lazımi hədəflərə çatıb müxtəlif mükafatlar qazana bilərlər. Mükafatlara ayrı-ayrı kateqoriyalar üzrə artırılmış keşbek məbləğləri, promokodlar, kinoya, başqa əyləncəli tədbirlərə biletlər və digər hədiyyələr daxildir!
Bu imkandan yararlanmaq üçün 3 sadə addım kifayətdir: ABB mobile tətbiqinin "Sənə özəl" bölməsindən “FaydaMania” funksionallığını aktivləşdirmək; "Bütün təkliflərin" bölməsinə keçərək hədəflərlə tanış olmaq; lazımi dövriyyə hədəfinə çatandan sonra qazanılmış mükafatı qəbul etmək. Gənc müştəri eyni anda aktiv olan bütün hədəflərə çata bilər.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.