Bizneslərin etibarlı tərəfdaşı olan ABB, onlar üçün daha bir sərfəli imkan yaradıb.
FED.az xəbər verir ki, sahibkarlar artıq ABB-nin POS-terminalları üzərindən AniPay sistemi ilə QR ödənişlərini qəbul edə bilərlər.
Belə ki, müştəri alış-verişdən sonra mobil telefonunda ABB mobile bank tətbiqini açaraq QR-la rahat şəkildə ödənişini aparır. ABB bu layihəni “NBA Technologies International” MMC şirkəti ilə birgə reallaşdırıb.
Ödənilən məbləğ dərhal biznes subyektinin hesabına daxil olur. Bu yeniliyin bizneslər üçün əsas üstünlüklərindən biri də komissiya haqlarının son dərəcə sərfəli olmasıdır.
Üstəlik, sentyabr ayının sonunadək xidmətdən istifadə tamamilə komissiyasızdır. Xidmətdən istifadə etmək üçün müraciət edə bilərsiniz: https://tamkart.az/partners/partner-with-us
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.