ABB Qrup 2024-cü ilin ilk 6 ayının konsolidə eidlmiş maliyyə hesabtlarını açıqlayıb.
GƏLİRLƏRDƏ YÜKSƏLƏN DİNAMİKA
FED.az hesabata istinadən xəbər verir ki, bankın cəmi faiz gəlirləri 461 milyon 447 min manat təşkil edib.
Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 89 milyon 972 min manat və ya 24,2% artım deməkdir.
Haqq və xalis komissiya gəlirləri isə 80 milyon 896 min manata bərabər olub ki, bu da illik müqayisədə 11 milyon 947 min manat və ya 17% çoxdur.
Hesabat dövründə ABB Qrupu- nmüştərilərə verilmiş kreditlərdən faiz gəlirləri 105 milyon 282 min manat və ya 48,8% artaraq 320 milyon 907 min manata çatıb.
Qiymətli kağızlara investisiyalardan gəlirlər isə 59 milyon 493 min manat təşkil edib.
Bu da ötən ilin ilk 6 ayı ilə müqayisədə 9 milyon 887 min manat və ya 19,9% çoxdur.
Haqq və komissiya xərcləri isə 66 milyon 71 min manat olub.
Əməliyyat mənfəəti 247 milyon 116 min manat, mənfəət vergisi xərci 50 milyon 315 min manat təşkil edib. Bank keçən ilin eyni dövründə 204 milyon 692 min manat əməliyyat mənfəəti əldə etmiş və 41 milyon 488 min manat mənfəət vergisi hesablanmışdı.İllik müqayisədə əməliyyat mənfəəti 42 milyon 424 min manat (20,7%), mənfəət vergisi ödənişi 8 milyon 827 min manat (21,3%) artıb.
XALİS MƏNFƏƏTDƏ ARTIM
Nəticədə ABB Qrup ilin ilk yarısını 196 milyon 801 min manat xalis mənfəətlə başa vurub. Bu da 2023-cü ilin birinci yarısına nisbətən eyni 33 milyon 597 manat və ya 20,6% çoxdur.
AKTİVLƏR 14 MİLYARD MANATA YAXINLAŞIR
30 iyun 2024-cü il tarixində 13 milyard 684 milyon 768 min manat cəmi aktivlərə malik olub.
KREDİT PORTFELİ BÖYÜYÜB
Qrupu tərəfindən müştərilərə verilmiş kreditlər ötən ilin sonu ilə müqayisədə 756 milyon 432 min manat və ya 15,4% artaraq 30 iyun 2024-cü il tarixində 5 milyard 666 milyon 435 min manata çatıb.
Qiymətli kağızlara investisiyaları 2 milyard 718 milyon 192 min manata bərabər olub. Bu da ötən ilin sonu ilə müqayisədə 665 milyon 923 min manat və ya 32,4% çoxdur.
Öhdəliklər 11 milyard 622 milyon 84 min manat, müştəri hesablarında vəsaitlər 9 milyard 536 milyon 42 min manat təşkil edib.
BALANS KAPİTALI DA ARTIB
Balans kapitalı isə 15 milyon 793 min manat (0,8%) artaraq 2 milyard 62 milyon 684 min manata çatıb.
Qeyd edək ki, bu konsolidə edilmiş və təhlil olunmuş maliyyə hesabatı "ABB"-nin maliyyə nəticələri ilə bərabər, onun törəmə şirkətlərinin maliyyə göstəricilərini də əks etdirir. Həmin şirkətlərə - "ABB-Moskva" Bankının, "ABB-GEO" QSC-nin, "Azərikard" MMC-nin, "Beynəlxalq Lizinq Şirkəti" MMC-nin və "ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin (birlikdə Qrup) şirkətləri daxildir. 6 aylıq nəticələrini qlobal audit, konsaltinq, vergi və əməliyyat xidmətləri şirkəti olan EY təhlil edib.