Bu ilin sentyabr ayının 1-nə Azərbaycan banklarının mənfəət vergisi ödəmələri 175,1 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Bu illik müqayisə ilə 12,3 milyon manat (6,6%) az, aylıq müqayisə ilə 21,7 milyon manat (14,1%) çoxdur.
Bu ilin avqust ayının birinə bankların mənfəət vergisi ödəmələri 153,4 milyon manat, sentyabr 1-nə isə 187,4 milyon manat təşkil edib.