Azərbaycanın ən kiçik banklarından biri «Bank Avrasiya» 2021-ci ilin 2-ci rübünün nəticələrini açıqlayıb.
Eləcə də bax: Banklar 2-ci rübü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI (2021)
FED.az xəbər verir ki, bank bu dövrü zərərlə başa vurub, ötən ilin eyni dövrü ilə müqayisədə zərər 2,5 dəfəyədək artıb.
Açıqlanan hesabata əsasən, ilk yarım ildə bankın faiz gəlirləri 5 milyon 807 min manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 399 min manat və ya 7,3% artıqdır.
Faiz gəlirlərinin artımı kreditlərdən daxil olan faizlərin hesabınadır. «Bank Avrasiya» 5 milyon 91 min manat kredit faizi əldə edib ki, bu da ötən ilin eyni dövründən 521 min və ya 11,4 % artıqdır.
Əmanətlər üzrə ödənişlər azalıb
İlk yarım ildə «Bank Avrasiyanın»nın faiz xərcləri də 11,6 % azalaraq 1 milyon 35 min manatdan 914 min manata enib.
Bu dövrdə bankdakı əmanətlər üzrə ödənilən faizlərin məbləği 35% azalaraq 401 min manatdan 261 min manata enib.
Əvəzində, bankın cəlb edilmiş kreditlərə görə faiz ödənişləri artaraq 631 min manatdan 652 min manata qalıb.
Nəticədə ilk yarım ilin yekununda «Bank Avrasiya»nın xalis faiz gəliri 4,8 milyon manat təşkil edib.
Haqq və komissiya gəlirləri 34,3% artıb
İlk yarım ildə «Bank Avrasiya»nın qeyri-faiz gəlirləri 916 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 771 min manat idi. Bu dövrdə bankın haqq və komissiya gəlirləri 34% artaraq 723 min manata çatıb.
Bu dövrdə xarici valyutalarla əməliyatlardan 184 min manat gəlir əldə edilib.
Əmək haqqı xərcləri artıb
İlin ilk yarısının nəticələrinə görə, «Bank Avrasiya»nın qeyri-faiz xərcləri 8,4 faiz artaraq 2 milyon 515 min manat olmuşdur.
Bu dövrdə əmək haqqı xərcləri 4,7 faiz artaraq 1 milyon 55 min manat, inzibati xərclər isə 275 min manat olub.
Beləliklə, bank yarım ili 3 milyon 297 min min manat əməliyyat mənfəəti ilə başa vurub.
Bununla yanaşı, bank mümkün zərərlər üzrə 7 milyon 223 min manat həcmində ehtiyata ayırmalar edib.
Xalis zərər 2,5 dəfə artıb
Nəticədə ilk yarım ildə «Bank Avrasiya»nın xalis zərəri 3 milyon 928 min manat təşkil edib.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artıqdır.
Aktivləri azalıb
İlin əvvəlindən bəri bankın aktivləri 6 milyon 549 min manat və ya 4% azalaraq 153 milyon 194 min min manat olub.
Bu dövrdə bankın nağd vəsaitləri 6 milyon 197 min və ya 19,4% azalaraq 25 milyon 620 min manat olub.
Müştərilərə verilən kreditlər isə 10 milyon manat artaraq 122 milyon manat olub.
İlk yarım ildə «Bank Avrasiya»nın biznes kreditləri 7 milyon 326 min manat artaraq 71 milyon 343 min manat olub. İstehlak kreditləri isə 414 min manat və ya 5,5 % artaraq 7 milyon 910 min manat təşkil edib.
Banka depozit və əmanət qoyuluşu azalıb
Bu dövrdə bankın öhdəlikləri 2 milyon 297 min manat və ya və ya 3,1% azalaraq 85 milyon 763manat olub.
Depozit portfeli isə 4 milyon 183 min manat azalaraq 39 milyon 845 manatamanata enib.
İlk yarım ildə bankda fiziki şəxslərin əmanətləri 2 milyon 363 min manat və ya 6,6% azalaraq 33 milyon 212 min manat təşkil edib.
Hüquqi şəxslərin depozitləri isə 1 milyon 819 min manat və ya 21,5% azalaraq 6 milyon 633 min manat təşkil edib.