31 oktyabr 2023-cü il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 46 milyard 146,6 milyon manat məbləğində qiymətləndirilir.
Müflis bankın dövlət büdcəsinə vergi və digər məcburi ödənişləri tam məbləğdə ödəniləcək
«Bolkart», «Kartmane», «NeoKart» - hansı daha sərfəlidir? – MÜQAYİSƏ
«Tam Kart», «Birkart», «Leo kart» - hansı daha sərfəlidir? – MÜQAYİSƏ
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2022-ci il tarixinə bankların aktivləri 47 milyard 54,9 milyon manat məbləğində olub. Beləliklə, yanvar-oktyabr aylarında bankların aktivləri 2% azalıb.
2023-cü ilin oktyabr ayında bankların ümumi aktivləri 616,6 milyon manat artıb.
10 ay ərzində bankların Mərkəzi Bankdakı müxbir hesablarında olan vəsaitlərin həcmi 42,2% - 3 milyard 659,8 milyon manata qədər azalıb.
Oktyabrın sonuna bankların kredit portfeli 22 milyard 459,7 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 14,6% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 5 milyard 913,6 milyon manat (artım 5,2% - İF) təşkil edir.
Bankların öhdəlikləri 40 milyard 233 milyon manata (azalma 2,9%) bərabərdir. Bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 92 milyon manat məbləğində (azalma 2,2 dəfə) qiymətləndirilir. Banklardakı depozit portfeli 33 milyard 81,9 milyon manat (azalma 2%), o cümlədən əhalinin əmanətləri 12 milyard 271,1 milyon manat (artım 6,9%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında bankların ümumi xalis mənfəəti 908,2 milyon manat (2022-ci ilin 10 ayı ilə müqayisədə artım 18%) təşkil edib.
Hesabat dövründə bankların faiz gəlirləri 2 milyard 861,9 milyon manat (artım 29,4%), o cümlədən verilmiş kreditlər üzrə 2 milyard 101,8 milyon manat (artım 17%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 1 milyard 86,8 milyon manat məbləğində (artım 11,9%) olub.
Bu dövrdə bankların faiz xərcləri 677,9 milyon manat (artım 28,2%), o cümlədən depozitlər üzrə 479,9 milyon manat (artım 30,5%), qeyri-faiz xərcləri 1 milyard 859 milyon manat (artım 24,3%) təşkil edib.
Yanvar-oktyabr aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 1 milyard 369,5 milyon manat (artım 22,6%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 1 milyard 146 milyon manat (artım 20,9%), mənfəət vergisi üzrə ödənişlər 237,8 milyon manat məbləğində (artım 33,6%) qiymətləndirilir.
31 oktyabr 2023-cü il tarixinə respublikada 23 bank fəaliyyət göstərir. Bu bankların 9-u (2022-ci ilin sonuna 10 bank) xarici kapitallıdır.
Bankların 471 filialı (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 3,3%) və 86 şöbəsi (2022-ci ilin sonuna 91) var. Bu göstəricilərin azalması oktyabr ayında “Muğanbank” ASC-nin fəaliyyət lisenziyasının ləğv edilməsi ilə şərtlənir.
Bank sektorunda 23 292 nəfər (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,3% - İF) çalışır. Həmçinin, oktyabr ayında bank sektorunda çalışanlarının sayı (“Muğanbank”ın bağlanması ilə əlaqədar – İF) sentyabr ayı ilə müqayisədə 238 nəfər azalıb. (İnterfaks-Azərbatcan)