Azərbaycanda fəaliyyət göstərən banklar müştərilərə çoxsaylı kart məhsulları təqdim edirlər.
- «YELO LİGHT», «ATB CARD», «My CARD STANDARD» - Hansı daha sərfəlidir? – MÜQAYİSƏ
- «Tam Kart», «Birkart», «Leo kart» - hansı daha sərfəlidir? – MÜQAYİSƏ
Bu kartlar bir-birindən fərqli funksiyalarına və yaratdığı imkanlara görə fərqlənir: cashback qazanmaq , komissiyasız köçürmələr etmək, kartdaki qalığa görə faiz qazanmaq , komissiyasız nağdlaşdırma etmək və s.
Bəzi kartlar müştərilərə yüksək faizli cashback qazandırır , bəziləri heç bir əməliyyat etmədən belə kartda qalan qalığa faiz hesablayır, bəziləri də heç bir komissiya olmadan köçürmələrlə müştərilərin puluna qənaət edir.
FED.az ölkədəki banklar sırasında tanınmış və yetəri qədər müştəri kütləsi olan üç bankın - «Bank Respublika», «Rabitə Bank» və «Bank of Baku»nun kartlarının yaratdığı imkanlara görə müqayisəni təqdim edir.
Hansı kartın daha sərfəli olduğunu öyrənmək üçün daha detallı məlumata keçid edək.
“Bolkart debet”: “Bank of Baku”nun təqdim etdiyi bu kart pulsuzdur. Hər yerdə müştərilərə 3% cashback qazandırır. Kartdakı qalığa görə illik faiz dəyəri isə nə az nə çox 7% müəyyənləşdirilib.
“Kartmane Debet”: “Rabitə bank”ın təklif etdiyi kartı 10 AZN əldə etməklə əldə edirsiniz. Bu kartla əməliyyatlar zamanı təmassız yəni Apple Pay və Google Pay vasitəsi ilə ödənişlər etdikcə yüksək faizli cashback qazana bilərsiniz.
“NeoKart Visa Standard”: «Bank Respublika»nın təqdim etdiyi «NeoKart» vasitəsilə alış-veriş yerindən asılı olamayaraq (restoran, yanacaqdoldurma məntəqəsi, mağaza və s.) hər zaman hər yerdə «Neobonuslar» qazanmaq mümkündür. «NeoKart» ilə ödənilən hər bir manat 20 «NeoBonus»u qazandırır. Bonus balansını «bank Respublika »nın «Mobil Şöbə» tətbiqindəki "NeoKart" bölümündə izləmək olar. Bonusları «Mobil Şöbə» tətbiqi vasitəsilə keşbekə dəyişmək olar. Mübadilə, yığılmış bonusların 1000-ə bölünməsi ilə hesablanır (Məsələn: 2290 NeoBonusu / 1000 = 2.29 AZN). Yığılan bonuslar hər ayın 5 -dən sonra dəyişdirilə bilər.
Qeyd edək ki, NeoKart Visa Standard həm debet həm kredit kartıdır. Burada biz onun yalnız debet imkanlarını müqayisə edəcəyik.
Təqdim etdiyimiz bu 3 kart haqqında daha detallı məlumat aşağıdakı cədvəldə öz əksini tapmışdır :
Göstəricilər |
Bolkart debet |
NeoKart Visa Standard |
Kartmane Debet |
Kartın buraxılmasına görə xidmət haqqı |
Pulsuz , təcili sifariş zamanı isə 15 AZN |
20 AZN |
10 AZN |
Kartın müddəti |
3 il |
3 il |
5 il |
Kartın təkrar emissiyası |
5 AZN |
İtirildiyi təqdirdə kart ləğv olunur digər hallarda 10 AZN komissiya |
5 AZN |
Cashback |
Rahat marketdən alış-veriş 6%, Trendyoldan alış-veriş 7% , Kfc 10% ,Pizza Hut 15% , Simit Sarayı 10%, Viva desserts 10% cashback. Digər bütün ödənişlər üzrə 3% cashback. Partnyorlarda isə 25%-dək. |
Hər yerdə 2%, partnyorlarda isə 55% qədər |
3 növ cashback mövcuddur : «Yaşıl», «Azercell» və «Miles». «Yaşıl» cashback növü ilə 1%-10% qazanmaq olur. Kartla ödəniş zamanı cashback: Yanacaq doldurma məntəqələrində 1%. Market və sığorta 1,5%. Restoran, elektronika, taksi, çatdırılma, ev heyvanları və geyim 2%. Kitablar, ictimai nəqliyyat və qatar, bərbər, gözəllik salonları və spa 5%. Cinema 10% . Apple Pay və Google Pay vasitəsi ilə ödəniş zamanı cashback : Yanacaq doldurma məntəqələrində və cinema 10%. Market, restoran, kitablar, ictimai nəqliyyat və qatar, bərbər, gözəllik salonları və spa, taksi, çatdırılma, ev heyvanları və geyim 5%. Elektronika 3%. Sığorta 1,5% «Azercell» cashback paketi ilə ballar qazanaraq həmin balları danışıq dəqiqəsi və internet paketinə dəyişmək olur. Balların dəyişilməsi 50AZN=50bal=25 danışıq dəqiqəsi 100AZN=100bal=50 danışıq dəqiqəsi 250AZN=250bal=125 danışıq dəqiqəsi 500AZN=500bal=250 danışıq dəqiqəsi 100AZN=100bal=1GB internet 300AZN=300bal=3GB internet 600AZN=600bal=7GB internet. Miles : ölkədaxili ödənişlərə 1AZN=0,75 mil , Apple Pay və Google Pay vasitəsi ilə ödəniş zamanı 1AZN=2,50 mil. Partnyorlardan 40%-dək cashback. |
Güzəşt müddəti |
- |
45 gün |
- |
Kartın məxsus olduğu bankın ATM-də nağdlaşdırma üzrə komissiya |
Komissiyasız |
Ay ərzində 10 000 AZN ekvivalentinə qədər pulsuz , 10 000AZN-dən yuxarı məbləğlərdə isə 1% komissiya |
Ay ərzində 1 000 AZN ekvivalentinə qədər pulsuz , 1 000AZN-dən yuxarı məbləğlərdə isə 0,9% komissiya |
Digər yerli banklara məxsus ATM-də nağdlaşdırma üzrə komissiya |
1.5% (min. 1.5 AZN/USD/EUR) |
Məbləğ limiti olmadan ay ərzində 5 dəfə pulsuz nağdlaşdırma etmək olur, ondan sonra 1,5% komissiya |
Ay ərzində 1 000 AZN ekvivalentinə qədər pulsuz , 1 000AZN-dən yuxarı məbləğlərdə isə 0,9% komissiya |
Digər xarici banklara məxsus ATM-də nağdlaşdırma üzrə komissiya |
1,5% |
1,5% |
1,5% |
Kartın məxsus olduğu bankın kartlarına köçürmələr üzrə komissiya |
Komissiyasız |
Komissiyasız |
Ay ərzində 10 000 AZN ekvivalentinə qədər komissiyasız , 10 000AZN-dən yuxarı məbləğlərdə isə 0,2% komissiya |
Digər bank kartlarına köçürmələr üzrə komissiya |
Komissiyasız |
0,5% |
Ay ərzində 1 000 AZN ekvivalentinə qədər komissiyasız , 1 000AZN-dən yuxarı məbləğlərdə isə 0,9% komissiya |
Xarici banklara məxsus kartlara köçürmələr üzrə komissiya |
Mümkün deyil köçürmə |
1,5% |
1,5% |
Kart hesabının artırılması üzrə komissiya |
Günlük 6 000 AZN , aylıq 20 000 AZN komissiyasız Cash-in terminalları vasitəsilə artırmaq mümkündür. Kassadan mədaxil zamanı məhdudiyyət yoxdur. |
Komissiyasız |
“E manat” və “Milliön” mədaxili zamanı ay ərzində 3 000 AZN komissiyasız, 3 000 AZNdən yuxarı məbləğlərdə 0,3% komissiya |
Kredit vəsaitlərindən istifadəyə görə aylıq mütləq ödənişin məbləği |
- |
Rəsmi gəlirin 2 mislinə qədər kart vasitəsilə kredit ayrılır. İstifadə olunan məbləğ növbəti ayın 15-nə qədər faizsiz şəkildə ödənilir. |
- |
Ödənilməmiş borclar üzrə ödəmə |
- |
Ödəniş olunmadığı təqdirdə, illik 24%-dən başlayaraq faiz məbləği hesablanır. |
- |
İllik faiz dərəcəsi |
- |
24%- 28% |
- |
"SMS Banking" xidmətinə qoşulma |
Kart müddətinin sonuna kimi 5 AZN |
Pulsuz |
Aylıq 5 AZN |
"3D secure" xidmətinə qoşulma |
Pulsuz |
Pulsuz |
Pulsuz |
Qalıq üzrə faiz |
AZN 7% |
AZN 3% / USD 0.1% |
AZN 4% |