Azərbaycanda vergi borcu olan vergi ödəyicilərinin əmlaklarının satışı prosesi davam edir.
Avtomobil hərracında qiymət uçurumu: 2800 manata çıxarıldı, 9000 manata satıldı!
FED.az xəbər verir ki, hərrac 16 aprel 2025-ci il tarixində saat 11:00-da keçiriləcək və hərraca vergi ödəyicilərinin siyahıya alınmış əmlakları çıxarılacaq.
Bu dəfə bir fiziki şəxsə və bir şirkətə məxsus olan "Land-Cruiser" markalı avtomobilləri satışa çıxarılıb.
Satışa çıxarılan avtomobillərdən biri Pənahlı Nemət Əhəd oğluna (VÖEN: 1400890532) məxsus Toyota Land-Cruiser markalı avtomobildir. Dövlət nömrə nişanı 99-MK-590 olan bu nəqliyyat vasitəsi 2010-cu il istehsalıdır və satış qiyməti 25 200 manat olaraq müəyyən edilib.
İkinci avtomobil isə "AZƏR İLMƏ" MMC-yə (VÖEN: 1500031711) məxsusdur. Söhbət Toyota Land-Cruiser 200 modelindən gedir. Dövlət nömrə nişanı 10-JU-007 olan bu avtomobil 2012-ci il buraxılışıdır və satış qiyməti 30 000 manat təşkil edir. Qeyd edək ki, şirkətin 434470.78 manat dəyərində vergi borcu var.