Gürcüstan 2023-cü ilin ilk 9 ayı ərzində Azərbaycana 371,98 milyon ABŞ dolları dəyərində 19 820 ədəd avtomobil ixrac edib.
Deputat: “Azərbaycanda avtomobillərin 80 faizinin istismar müddəti bitib”
“Azərişığ”ın 19 maşını satışa çıxarılıb – Qiyməti 1 000 manatdan başlayır - SİYAHI
Elektrikli avtomobillər doğrudanmı göstərilən qədər yol gedir? - MARKALAR, SİYAHI – ARASDIRMA
Start qiyməti 2 min olan “Daewoo Damas” avtomobili 4 min manata satıldı - HƏRRAC, SİYAHI, QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, hesabat dövründə Azərbaycana ixrac edilən avtomobillərin sayı illik müqayisədə 5 276 ədəd və ya 21,02% azalıb, lakin dəyəri 126,78 milyon dollar və ya 51,7% artıb.
Belə ki, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycana 245,2 milyon dollar dəyərində 25 096 ədəd avtomobil ixrac edib.
Cari ilin ilk 3 rübü ərzində Gürcüstan ümumilikdə 1 milyard 762 milyon dollar dəyərində avtomobil ixrac edib ki, bu da illik ifadədə 2,65 dəfə çoxdur. Bu il avtomobil Gürcüstanın əsas ixrac məhsulu olub və ölkənin ümumi ixracının 34,5%-ni təşkil edib. (Apa)