İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 4 avtomobil satılıb.
Start qiyməti 4 500 manat olan “Hyundai Accent” markalı avtomobil - 6 545 MANATA SATILDI - SİYAHI
Xidmətdən FED.az-a verilən məlumata görə, hərrac rəqabətli keçib. Belə ki, “Daewoo Damas” markalı avtomobilin start qiyməti 2 min manat olsa da, son təklif 4 min manata yüksəlib. Bununla yanaşı, start qiyməti 2 min manat olan “QAZ 31105” markalı nəqliyyat vasitəsi 3150 manata satılıb.
Cari ay üzrə növbəti hərraclar noyabrın 14-ü, 17-si, 21-i və 28-də keçiriləcək. Bu tarixlərdə keçiriləcək hərraclara 116 avtomobil çıxarılıb.
Bakı şəhəri üzrə 7 noyabr 2023-cü il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısı
№ |
Balanssaxlayıcı təşkilatın adı |
Avtomobilin markası |
Dövlət nömrə nişanı |
Buraxılış ili |
Hərraca çıxarılan ilkin satış qiyməti (manat) |
Yekun satış qiyməti (manat) |
Protokol №-si və tarixi |
1 |
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti |
Kia Optima minik |
99 AL 122 |
2005 |
7500 |
7500 |
21/23 26.09.2023 |
2 |
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti |
Daewoo Damas minik |
90 AE 339 |
2007 |
2000 |
4000 |
21/23 26.09.2023 |
3 |
"Azərbaycan" qəzeti redaksiyası |
QAZ 31105-120 minik |
77 AD 426 |
2004 |
2000 |
2020 |
21/23 26.09.2023 |
4 |
"Azərbaycan" qəzeti redaksiyası |
QAZ 31105 minik |
77 AD 427 |
2004 |
2000 |
3150 |
21/23 26.09.2023 |