Dünyada ən sürətlə dəyər itirən və dəyərini uzun müddət qoruyub saxlayan avtomobillər məlum olub . FED.az xəbər verir ki, «iSeeCars» şirkəti dünyada avtomobillərin hansı sürətlə dəyər itirdiyini hesablayıb. Hesablama zamanı dünyanın, xüsusilə də ABŞ-ın avtomobil bazarında ən çox istifadə edilən modellər araşdırılıb.
Həmin avtomobillərin 5 il ərzində dəyərini nə qəldər itirdiyi hesablanıb.
Eləcə də bax: Bakıda satılan avtomat sürət qutulu - ƏN UCUZ AVTOMOBİLLƏR – QİYMƏTLƏR
FED.az xəbər verir ki, araşdırma ABŞ bazarı üzrə aparılıb. Bu zaman 2014-cı ildən buraxılan və satılan 6,9 milyon avtomobillə bağlı məlumatlar analiz edilib. Eləcə də, 2019-cu ildə satılan 800 min avtomobillər bağlı məlumatlar araşdırılıb. Qiymətlərin dəyişməsi müəyynə edilərkən ötən 5 il ərzində ABŞ-da baş verən inflyasiya (7,9%) da nəzərə alınıb.
Araşdırma göstərib ki, ən sürətlə ucuzlaşhan avtomobil «Maserati»dir. 5 il ərzində bu avtomobil öz dəyərinin 66,4%-ni itirir. Yəni 5 ildən sonra onu 3 qat ucuz qiymətə almaq mümkündür. BMW-lərdə də bu göstərici təqribən eynidir – 65%. «Mercedes Bens» və «İnfiniti» isə 5 ildə dəyərini 62% itirir.
Ən az dəyər itirən avtomobil «Toyota» olub. 5 ildən sonra onu ilkin qiymətinin 58%-i məbləğində satmaq mümkündür. «Jeep» və «Honda» modellərində bu rəqəm 46% təşkil edir.