Avto

Azərbaycanda dövlət qurumu - SÜRÜCÜLÜK DƏRSLƏRİNƏ BAŞLAYIB - İLK DƏFƏ

Azərbaycanda dövlət qurumu - SÜRÜCÜLÜK DƏRSLƏRİNƏ BAŞLAYIB - İLK DƏFƏ | FED.az
13:02 14 Fev 2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) məxsus Azərbaycanın ilk “Nəqliyyat Təlim-Tədris Mərkəzi” MMC sürücülərin peşəkarlığının, bilik və bacarıqlarının artırılması üçün ekstremal şəraitdə sürmə təlimi dərslərinin təşkilinə start verib. 

DANX-ın mətbuat xidmətinin rəhbəri   Nuridə Allahyarova FED.az-a bildirb ki, təlim layihəsinin açılış mərasimində beynəlxalq təcrübə mübadiləsi çərçivəsində Türkiyə Sürmə Akademiyasının icraçı direktoru, qabaqcıl mütəxəssis, fəxri nəqliyyat müfəttişi Çətin Böyükçınar və akademiyanın peşəkar təlimçiləri iştirak edib. 


Eləcə də bax: “KamAZ” Azərbaycanda texnika və kommunal avtomobillər istehsal edə bilər

Tədbiri giriş sözü ilə açan “Nəqliyyat Təlim-Tədris Mərkəzi” MMC-nin direktoru Aydın Ağayev mərkəzdə Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasından irəli gələn tələblər əsasında müxtəlif layihələrin, peşəkar heyətin iştirakı ilə təlimlərin daha da genişləndiriləcəyindən bəhs edib. 
Tədbirdə çıxış edən Çətin Böyükçınar bildirib ki, sürmə texnikasına mükəmməl yiyələnmək, ən ekstremal şəraitlərdə sükanı idarəetmə vərdişlərinin formalaşdırılması sürücünü də, digər yol iştirakçılarını da qəzalardan maksimum qorumağa xidmət edir. Xüsusilə ictimai nəqliyyatı idarə edən sürücülərin ekstremal vəziyyətlərə hakim olması sərnişin həyatı üçün çox önəmlidir. 

Qeyd edək ki, dərslərə 19 yaşdan yuxarı sürücülər dəvət edilir. Mərkəzdə sürmə təlimi driftket avadanlığı qoşulmuş avtonəqliyyat vasitələri ilə “Ekstremal şəraitdə sürmə təliminin keçirilməsinə dair hazırlığın plan və proqramı” əsasında nəzəri və praktik dərsləri əhatə edəcək. 
Müvafiq proqram üzrə kursu bitirən müdavimlərə sertifikatlar təqdim ediləcək. 

Digər xəbərlər

Banner