Elan saytlarında dövlət nömrə nişanlarının müxtəlif qiymətə satılmasına rast gəlmək mümkündür.
FED.az biznes və maliyyə xəbərləri portalı Oxu.az-a istinadən xəbər verir ki, dövlət rüsumu 35 manat olan avtomobil nömrələri belə saytlarda istənilən qiymətə satılır.
Avtomobil nömrələrini bahalaşdıran isə onun üzərindəki rəqəm və hərflərlə bağlıdır.
Həmin saytlarda apardığımız araşdırma zamanı qiyməti bir avtomobilin dəyərindən də baha olan dövlət nömrə nişanlarına rast gəldik.
10-DO-100 dövlət nömrə nişanı 70 min manata satılır.
Dəyəri 55 min manata bərabər 10-VV-555 dövlət nömrə nişanının yerləşdirildiyi elana da rast gəlmək mümkündür.
Bunlardan başqa, bu cür saytlarda 37 min, 36 min, 35 min, 32 min və 30 min manata dövlət nömrə nişanları satılır.