Azərbaycana avtomat sürət qutulu «Lada» avtomobillərinin gətirilməsinə başlanıb.
Eləcə də bax: “LADA”-lar yaxşı satılıb - MÜKAFAT VERİLƏCƏK - TOPLANTI
Bunu FED.az-a açıqlamasında şirkətin baş meneceri Zakir Bəşirov deyib.
Eləcə də bax: Neftin ucuzlaşması avtomobil və texnika bazarına necə təsir göstərəcək? – AÇIQLAMA
“Yeni “Lada X-Ray” avtomat sürət qutulu avtomobilləri gətirmişik. Bu maşının cipə oxşayan modelinin qiyməti 27 100 manatdır. “Lada Vesta SW Cross” avtomat sürət qutulu avtomobillər də yoldadır. Rəsmiləşdirmə olandan sonra qiyməti dəqiq bilinəcək. Ən sadə modellərin qiyməti 22 min manatdan başlayır. Rusiyada rublun məzənnəsi düşüb, bu da maşınların qiymətində 1% artıma səbəb olur”.
Zakir Bəşirovun sözlərinə görə, şirkət avtomobil satdığı müştərilərlə mütəmadi əlaqə saxlayır:
“Bu əlaqə bizə gətirdiyimiz avtomobillərin mənfi və müsbət xüsusiyyətlərini müştəriləridən öyrənməyə imkan verir. Avtomobillərin mühərriki Franasa istehsalı olan "Reno" mühərrikidir, avtomat sürət qutusu isə “Nissan” istehsalıdır. Artıq bunların bir neçəsini satmışıq. Müştərilərin hamısı razılıq edirlər. Aralarında bir nəfər də olsun narazı qalan olmadı. Komplektasiyada elə xırdalıqlar var ki, digər brendin maşını olsaydı 35 min manatdan aşağı olmazdı".
“Lada X-Ray Cross” modeli “KIA Sportage”nin rəqibidir. Motor gücü əvvəlki kimidir, çox ekonomik maşınlardır: "Rus avtomobilləri arasında benzin istifadədəsinə görə, həmişə “Piriora”nın adını çəkirlər. Bu maşın demək olar ki, benzini iyləyir, işlətmir. “Lada X-Ray Cross” modeli isə “Piriora”dan cəmi 1 litir artıq benzin işlədir. Avtomat sürət qutulu maşınlar yoldan asılı olaraq adətən 1-1,5 litr artıq benzin sərf edir".
"Lada"nın avtomat sürət qutulu modellərinə tələbaş yüksəkdir: "Ful komplektasiya 27 100 manatdır. “Lada Vesta SW Cross” modelini bazara salmaq istəyirik. Hələ yolda olmasına baxmayaraq, artıq bu modelin 10 nəfərə qədər sifarişçisi var. Rusiya bu avtomobillər dekabr ayından satışa çıxarılıb. Bizim sifarişçilər də Rusiyadan məlumatlı olan şəxslərdir”.