Banner

Aqrar

Yarpağını 10 avroya, yağını isə 80 avroya satırlar

Yarpağını 10 avroya, yağını isə 80 avroya satırlar | FED.az
15:23 13 Mart 2019

Türkiyədə 2018-ci ildə 14 min ton dəfnə yarpağı ixracından 40 milyon dollar gəlir əldə edilib.

FED.az xəbər verir ki, "Anadolu" agentliyinin məlumatına görə, bunu Muğla Kənd Təsərrüfatı və Meşə İdarəsinin müdiri Şakir Fırat Erkal bildirib.

"Dəfnə Türkiyənin ən əhəmiyyətli ixrac məhsuludur. Dəfinə meşələrinin qorunması çox əhəmiyyətlidir. Türkiyədə 2018-ci ildə 14 min ton dəfnə yarpağı ixracından 40 milyon dollar gəlir əldə edilib. Bunun min tonu Muğladan edilib.Türkiyə dəfnə ixracında lider ölkədir. Hədəfimiz önümüzdəki beş ildə bu rəqəmi ən azı üçqat artırmaqdır",- Şakir Fırat Erkal deyib.

Dəfnə yarpağı və yağı ixrac edən Muxtar Bal, dəfinənin Türkiyənin ən dəyərli ixracat məhsullarından biri olduğunu qeyd edib. Almaniya və Fransaya məhsul ixrac etdiyini bildirən Bal deyib:

"Dəfinənin yetişdirilməsindən sonra emalı da çox əhəmiyyətlidir. Dəfnə bizə gələndən sonra müəssisələrimizdə qurutma sobalarında quruduruq. Qurutduqdan sonra ölçülərinə görə ayırırıq. Müştəri bizdən tələb edərkən belə istəyir. Dəfinənin heç bir şeyi heç vaxt zay olmur. Odunları da istifadə edilir. Sıfır tullantılı bir məhsuldur. Biz bu məhsulu emal edib qablaşdırdıqdan sonra (qutulu hala gətirdikdən sonra) 10 avroya satırıq. Burada keyfiyyət meyarları çox əhəmiyyətlidir. Bu məhsul çox əlavə dəyər yaradır. İxrac etməklə ölkəyə valyuta qazandırırıq".

Bal, "Dəfnə yağının kiloqramı hazırda 80 avro ətrafındadır. Biz Fransa və Belçikadakı böyük kosmetika firmalarına dəfnə yağı da satırıq" deyib. 

Eləcə də bax: Şəmkir pomidorlarının 70 faizi - RUSİYADA SATILIR


©Marja

Digər xəbərlər

Banner