Ölkənin aparıcı investisiya şirkəti olan «Troni İnvestisiya şirkəti» QSC-nin dəstəyi ilə daşa bir istiqraz emissiyası uğurla həyata keçirilib.
Oktyabrın 27-də Bakı Fond Birjasında (BFB) “KollektA” ASC-nin 1 milyon manatlıq istiqrazlara yerləşdirilib.
Xatırladaq ki, “KollektA” ASC-nin AZ2002028671 ISIN kodlu istiqrazların yerləşdirilməsi barədə qərar BFB-nin Listinq Komitəsi tərəfindən oktyabrın 19-da verilmişdi.
“KollektA” ASC-nin 1 milyon manatlıq istiqrazı 18 aylıq müddətə, illik 15%-lə buraxılıb, ümumilikdə hər birinin nominal qiyməti 100 manat olan 10 min ədəd istiqaz buraxılıb. İstiqrazlar üzrə faizlər hər ay ödəniləcək.
Hərrac zamanı 51 investor tərəfindən 52 sifariş daxil olub. Sifarişlərin ümumi həcmi 1 milyon manat olub, bununla da hərraca çıxarıldan bütün qiymətli kağızlar reallaşdırılıb.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
“KollektA” ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2002028671 |
|
İstiqrazların növü və forması |
Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
|
Ticarət üsulu/forması |
Kütləvi/ Birqiymətli hərrac |
|
İstiqrazların sayı |
10,000 ədəd |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
İstiqrazların buraxılış həcmi |
1,000,000 manat |
|
Kupon faizi |
16% |
|
Ödəmə Periodu |
Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir |
|
Tədavül müddəti |
18 ay |
|
Hərrac qiyməti* |
100 manat |
|
Reallaşdırılmış həcm |
1,000,000 manat |
|
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
1,000,000 manat |
|
İnvestor sayı |
51 |
|
Sifariş sayı |
52 |
|
Anderrayter |
"Troni İnvestisiya Şirkəti" QSC |














