Bu ilin sentyabr ayının sonunda Azərbaycanda bank sektorunda işləyənlərin sayı 27 min 775 nəfər olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bank işçilərinin sayı ötən ilin eyni dövrünə nəzərən 903 nəfər və ya 3,4% artıb.
İlin əvvəlindən bəri isə bankda işləyənlərin sayı 386 nəfər 1,4%) artıb.
Xatırladaq ki, bank sektorunda çalışanların sayı ötən ilin sentyabrının sonunda 26 min 872 nəfər, ilin əvvəlində isə 27 min 389 nəfər idi.















