Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 1,5 milyon manat xalis zərərlə başa vurub. Halbuki, kredit ittifaqları ötən ilin eyni dövründən 0,1 milyon manat mənfəətlə çıxmışdı.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 9 ay ərzində kredit ittifaqlarının gəlirləri 1,6 milyon manat (illik müqayisədə 5,9 % az), xərcləri 0,9 milyon manat (10 % az), xüsusi ehtiyatlara ayırmaları 2,2 milyon manat (3,7 dəfə çox) təşkil edib, mənfəət vergisi ödəmələri olmayıb (100 % azalıb).













