Xəbər verildiyi kimi, bu ilin sentyabr ayının sonunda Azərbaycan banklarının biznes kredit portfeli ilin əvvəlinə nəzərən 2 milyard 333,7 milyon manat və ya 14,9% artaraq 18 milyard 440 milyon manata çatıb.
Mikro sahibkarlığa kreditlər 530 milyon artıb – BİZNES KREDİTLƏRİNİN BÖLGÜSÜ
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ölkədə ən çox biznes kreditləri ticarət müəssisələrinə ayrılır. Bu sahəyə ayırılan kreditlərin həcmi sentyabrın sonunda 4 milyard 215,3 milyon manat olub. Bu, son 9 ayda 3,2 milyon manatlıq (0,1%) azalma deməkdir.
İkinci ən çox biznes krediti ayrılan sektor tikinti sektorudur. Bu sahəyə ayırılan kreditlərin həcmi ilin əvvəlindən bəri 1 milyard 313,9 milyon manat (76,5%) artaraq 3 milyard 31,1 milyon manata yüksəlib.
Son 9 ayda sənayeyə ayırılan biznes kredilərinin həcmi 63,1 milyon manat (2,3%) artaraq 2 milyard 843,6 milyon manata, kənd təsərrüfatına ayırılan biznes kreditlərinin həcmi 100,1 milyon manat (4,8%) artaraq 2 milyard 187,3 milyon manata çatıb.
Bundan başqa, nəqliyyat sahəsinə verilmiş biznes kreditləri 2 milyard 107,8 milyon manat, informasiya və rabitə sektoruna verilmiş biznes kreditlərinin həcmi 876,6 milyon manat olub. İlin əvvəlindən bəri nəqliyyat sahəsinə verilmiş kreditlər 200,7 milyon manat (10,5%), informasiya və rabitə sektoruna verilmiş kreditlər 91,8 milyon manat (11,7%) artıb.
Digər qeyri istehsal və xidmət sahələrinə verilmiş biznes kreditlərinin həcmi son 9 ayda 567,2 milyon manat və ya 21,7% artaraq 3 milyard 178,3 milyon manata çatıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, biznes kreditlərinin həcmi ilin əvvəlinə nəzərən 2 milyard 333,7 milyon manat və ya 14,9% artıb.















