Bu il oktyabrın 1-i tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 63 milyard 621.7 milyon manat təşkil edib.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,3% çoxdur.
Həmin dövrə bankların cəmi öhdəlikləri 55 milyard 783 milyon manat, balans kapitalı 7 milyard 838.7 milyon manat olub.
Sentyabr ayında bankların cəmi aktivləri 1,8%, cəmi öhdəlikləri 1,9%, balans kapitalı isə 1.1% artıb. Hesabat ayında bankların kredit portfeli isə 2,6% və ya 860.5 milyon manat artaraq 33 milyard 684.7 milyon manat olub.















