Dünyanın ən böyük və gəlirli texnologiya şirkətlərindən olan «Microsoft» - ABŞ, Kanada, Hindistan və Böyük Britaniyada işçilərin bir hissəsi üzrə könüllü işdənçıxma proqramına başlayıb.
FED.az xəbər verir ki, şirkət təxminən 60 000 işçisinə maliyyə dəstəyi və karyera planlaşdırma imkanlarını əhatə edən könüllü işdənçıxma paketi təklif edəcək.
«Microsoft»un İnsan Resursları üzrə baş vitse-prezidenti Emi Koulman şirkət işçilərinə mesajında bildirib ki, işçilərə könüllü olaraq işdən çıxmaq seçimi təklif olunacaq. Bu proqram «Microsoft»dan kənarda karyera qurmağı düşünən işçilər üçün dəstəklənən keçid imkanı yaradacaq.













