Bu ilin sentyabr ayının sonunda Azərbaycanda bankların vaxtı keçmiş kreditlərinin həcmi 754,3 milyon manat olub.
Azərbaycanda banklardan hər ay 400 milyon – KREDİT GÖTÜRÜLÜR
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ilin əvvəlindən bəri 196,8 milyon manat və ya 35,3% çoxdur. Belə ki, cari ilin əvvəlində bankların vaxtı keçmiş kreditlərinin həcmi 557,5 milyon manat idi.
Hesabat dövründə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 2,24% olub. İlin əvvəlində isə bu rəqəm 1,86%-ə bərabər idi. Son 9 ayda vaxtı keçmiş kreditlərin kredit portfelində payı 0,38 faiz bəndi artıb.















