Bu ilin sentyabr ayının sonunda Azərbaycanda bankların kredit portfeli 33 milyard 684,7 milyon manat olub.
Bank işçilərinin sayı 903 nəfər - ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, cari ilin əvvəlinə nəzərən 3 milyard 621,7 milyon manat (12%) çoxdur. Başqa sözlə, orta hesabla hər ay banklardan 402,4 milyon manat kredit götürülür.
Xatırladaq ki, ilin əvvəlində bankların kredit portfeli 30 milyard 63 milyon manat idi.
Cari ilin hesabat dövründə kredit portfelində biznes kreditləri 18 milyard 440 milyon manat, istehlak kreditləri 10 milyard 407,9 milyon manat, ipoteka kreditləri 4 milyard 836,8 milyon manat olub.
Bu ilin əvvəli ilə müqayisədə biznes kreditlərinin həcmi 2 milyard 333,7 milyon manat (14,9%), istehlak kreditlərinin həcmi 1 milyard 53,7 milyon manat (11,3%), ipoteka kreditlərinin həcmi 234,3 milyon manat (5,1%) artıb.















