Bu ilin sentyabr ayının sonunda Azərbaycan banklarının biznes kredit portfeli 18 milyard 440 milyon manata bərabər olub.
Azərbaycanda banklardan hər ay 400 milyon – KREDİT GÖTÜRÜLÜR
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, biznes kreditlərinin həcmi ilin əvvəlinə nəzərən 2 milyard 333,7 milyon manat və ya 14,9% artıb.
Hesabat dövründə biznes kreditlərinin 10 milyard 159,3 milyon manatı iri sahibkarlığa verilən kreditlərin payına düşüb. Bu kreditlər ümumi biznes kreditlərinin 55,1%-ini tutub.
Bundan başqa, biznes kreditlərinin 2 milyard 354,8 milyon manatı orta sahibkarlığa verilən kreditlər (12,8%), 1 milyard 835,3 milyon manatı kiçik sahibkarlığa verilən kreditlər (10%), 4 milyard 90,7 milyon manatı mikro sahibkarlığa verilən kreditlər (22,2%) olub.
Cari ilin əvvəli ilə müqayisədə iri sahibkarlığa verilən kreditlər 1 milyard 609,1 milyon manat (18,8%), orta sahibkarlığa verilən kreditlər 65,8 milyon manat (2,9%), kiçik sahibkarlığa verilən kreditlər 128,4 milyon manat (7,5%), mikro sahibkarlığa verilən kreditlər 530,6 milyon manat (14,9%) artıb.















