Un istehsalı və satışını həyata keçirən "Karat Holdinq" MMC ununun topdansatış qiymətini aşağı salıb.
MMC-nin mətbuat xidmətindən daxil olmuş məlumata görə, idxal buğdasının alış qiymətində son günlərdə baş vermiş enmələr istehsal olunan unun maya dəyərinin aşağı düşməsi imkanı yaradıb və bununla əlaqədar unun topdansatış qiyməti aşağı salınıb.
"Belə ki indiyədək topdansatış qiyməti 25.95 manat olan 1 kisə 50 kq-lıq "Karmen" ununun topdansatış qiyməti bu gündən 25,45 manat müəyyən edilib (50 qəpik ucuzlaşıb).
Məhsulun topdansatış qiymətində baş vermiş ucuzlaşma tezliklə həmin məhsulların pərakəndə satış qiymətinin də ucuzlaşmasına səbəb olacaqdır".