Aqrar

Ümumilikdə 65 müəssisədən Rusiyaya alma ixracına - İcazə Verilib

Ümumilikdə 65 müəssisədən Rusiyaya alma ixracına - İcazə Verilib | FED.az
15:51 14 Sen 2021

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

Eləcə də bax: Azərbaycanın daha 11 şirkəti Rusiyaya alma ixrac etməyə icazə alıb - SİYAHI

AQTA-dan FED.az-a bildirilib ki, həyata keçirilən birgə tədbirlərin nəticəsi və Agentliyin zəmanəti əsasında “Rosselxoznadzor" tərəfindən 2021-ci il 14 sentyabr tarixindən daha 11 alma istehsalı müəssisəsindən bu ölkəyə alma ixracına icazə verilib.

Qeyd edək ki, bu günə qədər Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən ümumilikdə 65 alma istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Rusiya Federasiyasına alma ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 144767 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 66924 ton alma məhsulunun 216 %-i həcmindədir.

Banner
Banner

Digər xəbərlər

Banner