2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 24,065 mln. manatlıq tütün məmulatları, 76,111 mln. manatlıq içki istehsal olunub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 7,2% artım, içki istehsalında 78,8% artım, o cümlədən araq istehsalında 6,8 dəfə, brendi (konyak) istehsalında 2,7 dəfə, likörlər istehsalında 13,4%, alkoqolsuz içkilərin istehsalında 23,4% artım müşahidə olunub.