Böyük Britaniyanın Rəqabət Təşkilatı (CMA), ölkənin iki böyük supermarket şəbəkəsi - "Sainsburys" və "Asda"nın birləşməsinə razılıq verilmədiyini açıqlayıb.
FED.az-ın məlumatına görə, nəzarət qurumundan bildiriblər ki, ötən ilin aprel ayında birləşmək qərarı verən "Sainsburys" və "Asda"nın bu tələbinə, "istehlakçıların daha yüksək məhsul qiymətləri ilə qarşılaşmasına səbəb olacağına" görə razılıq verilmədiyi bildirilib.
Eləcə də bax: Bakıda bu restoranın fəaliyyəti - MƏHDUDLAŞDIRILDI
Açıqlamada, qurumun qərarının Böyük Britaniyan hər iki pərakəndə şəbəkədən alış-veriş edən milyonlarla istehlakçının hüquqlarının qorunduğu vurğulanıb.
Ötən ilin aprel ayında "Sainburys", ABŞ-ın pərakəndə nəhəngi "Walmart"ın payı olan ucuz marketlər şəbəkəsi "Asda" ilə birləşmək qərarı verdiyini bildirmişdi.
CMA ötən ilin avqust ayında "Sainsburys" və "Asda"nın birləşmək qərarına dair araşdırmanın başlanıldığını, bu prosesdə birləşmək qərarının istehlakçıların üzərində mənfi təsirlərinin olub-olmayacağının qiymətləndiriləcəyini bildirmişdi.
İngilis mətbuatında, daha əvvəl birləşmənin 7,3 milyard funt-sterlinq (10 milyard ABŞ dolları) qarşılığında həyata keçirildiyi qeyd edilmişdi.
"Sainburys"dən ötən ilin aprel ayında verilən açıqlamada, hər iki pərakəndə şəbəkəyə məxsus mağazaların bağlanmayacağı, işdən çıxarma olmayacağı qeyd edilmişdi. Birləşmədən sonra "Asda"nın sahibi olan "Wallmart"ın yeni yaradılacaq şirkətdə 42% paya sahib olacağı bildirilmişdi.
Birləşmə ilə "Sainsbury's"in 2 min 800 mağaza ilə Böyük Britaniyanın supermarket bazarının təxminən 31,4%-lik hissəsinə təkbaşına nəzarət edəcək vəziyyətə gəlməsi planlaşdırılmışdı.