Aqrar

Havaların quraq keçməsi limona mənfi təsir göstərib

Havaların quraq keçməsi limona mənfi təsir göstərib | FED.az
08:46 7 Fev 2019

Lənkəranın sitrus bağlarında limon yığımına başlanılıb.

FED.az xəbər verir ki, yay mövsümündə havaların quraq keçməsi limon bağlarında məhsuldarlığa təsir etməsə də, məhsulun həcminə təsirsiz ötüşməyib.

Ancaq bu, sitrusçuluqla məşğul olan fermerləri və məhsul istehsalçılarını bir o qədər də narahat etmir. Bağlarda bol məhsul yetişib.

Məhsul istehsalçıları yetişdirdikləri limonu əsasən yerli və ətraf rayonların, Bakının bazarlarında satışa çıxarırlar.

Eləcə də bax: "Tütündən 29 min manat qazanmışıq"

Xarici ölkələrdən gətirilmiş limonlar yerli məhsulun bazarına təsir etsə də, ancaq fermerlər nikbindirlər. Çünki may ayına qədər ağacda saxlanılan limonun qiyməti yüksələcək.

Hazırda isə bir ədəd limonun qiyməti növündən və həcmindən asılı olaraq 0,20-1 manatdır.

Digər xəbərlər

Banner