“Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda elmi praktiki konfrans keçirilib.
FED.az Maliyyə Bazarlarına Nəzarət Plalatsına (MBNP) xəbər verir ki, MBNP və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, “Standard Insurance” ASC Sığorta Şirkəti və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə “Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda elmi praktiki konfrans keçirilib. Konfransda Türkiyənin TARSİM qurumunun, və Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının və Aqrar Kredit və İnkişaf Agentliyinin, Aqrar Tədqiqatlar Mərkəzinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elektron kənd təsərrüfatı informasiya sisteminin (EKTİS) nümayəndələri, həmçinin ölkə ərazisində fəaliyyət göstərən fermerlər, sahibkarlar iştirak edib.
İclasın açılış çıxışını ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov edib. Konfrans iştirakçılarını salamlayan rektor, aqrar sahədə sığortanın tətbiqi problemindən bəhs edərək, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndən irəli gələn məsələlərin həlli istiqamətində “Standard Insurance” SŞ ilə birgə irəliyə doğru addımlar atdıqlarını qeyd edib.
Konfransın sonuna doğru dəvət olunmuş sahibkarları, fermerləri maraqlandıran məsələlər barədə dialoq aparmaq üçün sərbəst vaxt ayrılıb. Sonda konfransın materialları dərc olunaraq iştirakçılara paylanıb.