Martın 15-də “Aqrolizinq” ASC tərəfindən Xaçmaz rayonunda meniral gübrələrin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib.
FED.az xəbər verir ki, Ləcət kəndində təşkil olunan səyyar satışda rayonun 8 inzibati ərazi dairəsi üzrə 37 kənddən olan fermerlərə 50 tona yaxın meniral gübrə satılıb.
Səyyar satışdan yaralanan təsərrüfatçılar mineral gübrələri 70 faiz güzəştlə əldə ediblər.
“Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına fevral ayından etibarən başlanılıb.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Bu günə kimi Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayıllı, Astara, Biləsuvar, Saatlı və Kürdəmir rayonlarında səyyar satış həyata keçirilib.
Mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı martın 16-da Siyəzən rayonunun Qozağacı kəndində təşkil olunacaq.