Rusiyanın «Rosselxozbank»ı ölkənin kənd təsərrüfatında ən gəlirli sahəni müəyyən edib. Bu istixanalardır.
FED.az xəbər verir ki, bankın araşdırmalarına görə, istixanalarda tərəvəz yetişdirilməsi biznesinin gəlirliyi il ərzində 8% yüksələrək 52%-ə yüksəlib.
Bu Rusiya biznesində ən yüksək göstəricilərdən biridir.
Qeyd edək ki, Rusiyada istixanaların geniş surətdə tikintisinə 2014-cü ildən sonra başlanılıb. Bu ərzaq embarqosu və rublun kəskin ucuzlaşmasından sonra baş verdi.
İstixanalara marağın ikinci dalğası vurulan təyyarəyə görə Türkiyə il Rusiya arasındakı gərginlikdə və türk tərəvəzlərinin qadağasından sonra yarandı. Nəticədə tərəvəz bazarında türk istehsalçılarının yerini rus fermerləri tutub.
Hətta rusiyalı milkardçı Roman Abramoviçin oğlu və digər iri biznesmenlər də istixana tikməyə başlayıblar.
2015-2019-cu illərdə Rusiya biznesi istixanaların tikintisinə 3,2 milyard dollar yatırıb. Hazırda daha 1100 hektar istixana tikilməkdədir. Rusiyanın Milli Tərəvəz İstehsalçıları Birliyinin rəhbəri Mixail Qluşkov bildirib ki, ölkə özünü xiyarla tam təmin edir, pomidorun isə 40%-i hələ xaricdən gətirilir.
Müasir istixanaların məhsuldarlığı 1 kvadratmetrdə 80 kiloqrama çatır, Qışda isə təzə tərəvəzin qiyməti olduqca yüksəkdir. Bu vəziyyət istixanaların gəlirliyini yüksəldir.
Bundan başqa, fermerlər istixanaların qızdırılması və işıqlandırılması üçün özəl mini istilik enerji mərkəzləri inşa etməyi də öyrəniblər. Bu halda gəlirlilik daha da yüksəlir.