Aqrar

Bəzi məhsulların bahalaşması ilə bağlı - AÇIQLAMA

Bəzi məhsulların bahalaşması ilə bağlı -  AÇIQLAMA | FED.az
11:16 9 Aprel 2020

Kənd Təsərrüfatı Nazirliyi soğan, kartof və digər bəzi kənd təsərrüfatı məhsullarının qiymətinin artmasına münasibət bildirib.

FED.az xəbər verir ki, Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov deyib ki, fermerlər istehsala çəkdikləri müəyyən xərclərinə görə məhsullarını baha qiymətə satmaqda maraqlı olurlar. Amma hazırda kənd təsərrüfatı məhsullarının qiymət artımının baş verməsi üçün heç bir səbəb yoxdur.

O, müəyyən məhsullar üzrə hazırda müşahidə edilən qiymət artımının da mövsümi xarakter daşıdığını söyləyib:

“Ölkədə məhsul qıtlığından söhbət gedə bilməz. Çünki bölgələrdə, eyni zamanda Abşeronda istixanalarda bol məhsulumuz var, onlar yığılır və tədarük olunaraq daxili istehlakçılarımıza təqdim olunur. Soğana gəldikdə, artıq köhnə soğan tükənmək üzrədir, bölgələrdə yeni soğan məhsulunun yığımına başlanılıb. Bu həftə ərzində marketlərə, bütün bazarlara fermerlər tərəfindən yeni istehsal olunan soğan təqdim olunacaq və qıtlıq olmayacaq”.

Trend

Digər xəbərlər