Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə zavodun tikintisi layihəsinin maliyyələşdirilməsi imkanını nəzərdən keçirir.
Böyük bank Azərbaycanda dəniz suyunun duzsuzlaşma layihəsinə - 45 milyon dollar ayırıb
FED.az xəbər verir ki, ADB tərəfindən nəzərdə tutulan kredit vəsaitinin həcmi hər biri 70 milyon ABŞ dolları olmaqla iki kredit xəttinə bölünərək 140 milyon ABŞ dollarına çatır.
Layihənin ümumi dəyəri 407 milyon ABŞ dolları məbləğində qiymətləndirilir.
Layihə çərçivəsində əks osmos texnologiyası ilə işləyən duzsuzlaşdırılma müəssisəsinin layihələndirilməsi, inşası, maliyyələşdirilməsi, istismarı və texniki xidməti planlaşdırılır. Zavodun layihə üzrə məhsuldarlığı gündəlik 300 min kubmetr su təşkil edəcək, yüksək istehlak dövrlərində isə müəssisənin gücü gündəlik 330 min kubmetrə qədər artırıla bilər. (Report)













